Kral III Çarlzın babaları QUL BİZNESİ İLƏ MƏŞĞUL OLUBLAR

10:30 28.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Kral III Çarlzın əcdadlarının 17-ci əsrdə ABŞ-ın Virciniya ştatında tütün plantasiyasına sahib olduqlarını və qul ticarəti etdiklərini göstərən sənədlər ortaya çıxıb.

Hafta.az-ın "TheGuardian"a istinadən yazdığına görə, tədqiqatçı və yazıçı Desiree Baptistenin üzərində çalışdığı bir teatr oyunu üçün Kral Afrika Şirkətinin (RAC) arxivini araşdırarkən sənədləri tapdığını bildirib.

RAC Afrikanın qərb sahilində 1660-1752-ci illərdə Stüart Evi və Londondan olan tacirlər tərəfindən qurulmuş qızıl mədəni və qul ticarəti şirkəti idi.

Sözügedən sənəddə gəmi kapitanından qul olan afrikalıları Virciniyadakı tütün plantasiyasının sahibi Edvard Porteusa təhvil verməsi xahiş olunur.
Sənədə görə, 1643-1696-cı illərdə yaşamış Porteus 1686-cı ildə bu gəmidən ən azı 200 qul alıb.

"Porteusun oğlu Robert 1720-ci ildə ailəsini Britaniyaya köçürməzdən əvvəl atasının mirasını təhvil almışdı", - "The Guardian" yazıb. Daha sonra Robertin nəslindən olan Frensis Smit də aristokrat Klod Bouz-Lyonla evlənib.

Cütlüyün nəvəsi ötən il dünyasını dəyişən kraliça II Elizabet anası Elizabet Boves-Liondur. Kral VI Corcun həyat yoldaşı Elizabet 1936-1952-ci illərdə Britaniya kraliçası olub.

Kral III Çarlz da ötən il anası II Elizabet vəfat etdikdən sonra taxta çıxıb.

Beləliklə, "The Guardian" yazıb ki, 1917-ci ildən Britaniyaya rəhbərlik edən kral ailəsi olan Vindzor Evinin Virciniyadakı köləlik fəaliyyəti ilə birbaşa əlaqəsi olduğu sənədləşdirilib.

Digər tərəfdən, kimliyini paylaşmayan Bukingem Sarayının sözçüsü Kral, III Çarlzın mayın 6-da tacqoyma mərasimi ilə əlaqədar məşğul olduqlarını bildirərək, sənədlə bağlı şərh verməyib.

Bukingem Sarayı bu ay Böyük Britaniya monarxiyasının qul ticarəti ilə əlaqələrinin araşdırılmasını dəstəkləməklə yeni bir zəmin yaradıb. Hətta Saraydan bildirilmişdi ki, Kral III Çarlz məsələyə "çox ciddi" yanaşır.

Açıqlamada Kral III Çarlzın ötən ilin iyun ayında Ruandaya səfəri zamanı etdiyi çıxışda "Bu qədər insanın əzabları qarşısında şəxsi kədərimin dərinliyini təsvir edə bilmərəm" sözləri də xatırladılıb.

Bundan əlavə, İngiltərədə ailələri qul ticarətindən pul qazananların üzr istəməsini və köləlik fəaliyyətlərinə görə təzminat ödəməsini tələb edən yeni kampaniyaya da başlanılıb.

“Köləliyin varisləri” adlı qrup qeyd edib ki, Böyük Britaniya hökuməti 16-19-cu əsrlər arasında Atlantik qul ticarətində təxminən 3,1 milyon Afrika əsilli insanı qul edərək satıb.

Siyasət rubrikasından digər xəbərlər